Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəs təklifini qəbul etdi – Reuters
Beyrut və Livanın “Hizbullah” hərəkatı Vaşinqtonun İsraillə atəşi dayandırmaq təklifini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Livan parlamentinin sədri Nəbih Berrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.
Onun sözlərinə görə, Livan ABŞ-nin Beyrutdakı səfiri Liza Consona yazılı cavabını bazar ertəsi göndərib.
Rəsmi indi hər şeyin İsraildən asılı olduğunu qeyd edərək, bunun atəşkəsə nail olmaq üçün göstərilən səylər arasında ən ciddisi olduğunu bildirib.
Cavabla bağlı təfərrüatlar verilməyib.