AZ

"Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir" - Məcnun Məmmədov

"Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir".

Teleqraf.com xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, Qlazqodan Şarm əl-Şeyxə, Dubaydan Bakıya qədər hər bir addımımız qlobal iqlim dayanıqlılığının təməlini gücləndirən vacib bir qat əlavə edir:

"Bakı Harmoniya İqlim Təşəbbüsü təkcə bir gündəm deyil; bu, dayanıqlı aqro-ərzaq sistemləri üçün səylərimizi harmoniyaya gətirmək barədə ortaq vədimizdir. Təşəbbüsün məqsədi əməkdaşlıq fürsətini qalıcı bir mirasa çevirməkdir. Qlobal səviyyədə Qida və Kənd Təsərrüfatı üçün Dayanıqlı Transformasiya Tərəfdaşlığı (FAST) kimi təşəbbüslər artıq Bakı Harmoniya İqlim Təşəbbüsünə inteqrasiya edilib. Təşəbbüs Birləşmiş Ərəb Əmirlikləri Bəyannaməsində müəyyən edilmiş məqsədlərlə tam uyğunlaşdırılıb və Texniki Əməkdaşlıq Təşəbbüsü vasitəsilə həyata keçirilir. Əsas məqsəd mövcud imkanları və aqro-ərzaq sektorunun iştirakçılarını gücləndirməkdir".

Nazir Təşəbbüsün maliyyələşdirmə və investisiyaları dəstəklədiyini, fermerləri dəyişiklik üçün əsas agentlər kimi ön plana çıxardığını vurğulayıb. O, tədbirin əsas mövzusunun "COP-dan COP-a miraslar" olduğunu qeyd edib.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
18
2
teleqraf.com

3Mənbələr