AZ

Ukrayna Rusiyanın dərinliklərini vuracaqmı? - Kiyevdən gecikmiş icazəyə reaksiyalar

ABŞ, Almaniya və Böyük Britaniyanın Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya icazə vermələri çox yaxşı bir siqnaldır.

Bunu “Far.Az”a Ukrayna Ali Radasının Müdafiə və Təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski bildirib.

"Düşünürəm ki, bu, Ukrayna üçün çox yaxşı bir siqnaldır. Bu, ABŞ və sonra Avropa tərəfdaşlarımız tərəfindən çoxdan gözlənilən bir addımdır. Bu addım prezidentin, komandasının və parlament diplomatiyasının uzun müddət ərzində göstərdiyi titanik səylərinin qanunauyğun nəticəsidir. Düşünürəm ki, bunun nə qədər vacib olduğunu və cəbhədəki vəziyyəti necə dəyişə biləcəyini təhlil etmək üçün Rusiyanın reaksiyasına baxmaq kifayətdir. Onların teleqram kanallarından və rəsmi bəyanatlarından göründüyü kimi, reaksiya kifayət qədər isterikdir. Onlar Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirə biləcəyindən qorxurlar”, - o bildirib.

“Başa düşürlər ki, ordumuzun hədəfləri ilk növbədə aerodromlar, sursat bazaları, anbarlar olacaq. Əlbəttə ki, bu, döyüş meydanında qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişə bilər. Çünki Rusiya bu müharibəni davam etdirir. Hər gün Ukraynanın dinc sakinləri həlak olur.

Düşünürəm ki, belə bir icazənin verilməsi faktının özü Rusiyanın bu gün Ukraynada apardığı əməliyyatlara beynəlxalq hüquqi qiymət verilməsi baxımdan yaxşı bir siqnaldır", - komitə sədri vurğulayıb.

F. Venislavskinin fikrincə, “Rusiya qarşılaşdığımız reallıqları qiymətləndirməyə məcbur olacaq. Cəzasız şəkildə dinc əhalini öldürməkləri bir, ərazisinin 200-300 kilometr dərinliyində güclü silahların tətbiq edilməsi başqa məsələdir. Əlbəttə ki, bu, gec-tez baş verəcək gələcək danışıqlar prosesində vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər".

Hərbi analitik Svetlana Kuşnir isə hesab edir ki, Ukraynanın belə bir icazəsinin olmasına baxmayaraq, onun bunu həyata keçirmək üçün kifayət edəcək arsenalı yoxdur: “Biz bunu ancaq qənaət və imkan çatan qədər həyata keçirə bilərik. Burada əsas hədəflər isə bildiyim qədər Rusiyanın daxilində raket və digər artilleriya bazalarıdır, çünki oradan Ukraynaya zərbələr endirilir.

Ukraynanın verilmiş icazədən istifadə edərək reallığı dəyişə bilməsinə gəldikdə, bu, ən azı Rusiyanın danışıqlar ilə bağlı hazırkı mövqeyinin dəyişməsinə səbəb ola bilər. Amma bunun üçün adekvat hərbi arsenal lazımdır".

Seçilən
34
50
far.az

10Mənbələr