AZ

DİN PAYTAXTDAKI ÇADIRLARI DAĞITDI: HƏBS EDİLƏNLƏR VAR...

Etirazçılar paytaxt küçələrində aksiya keçirməklə bərabər, dünəndən çadırlar qurmuşdular...

"Hökümət razı ola bilməz ki, bir neçə onlarla insan və agent müxalifət paytaxtı iflic etsin", -deyən “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze  bu dəqiqələrdə  partiyanın ofisində keçirdiyi brifinq zamanı polisə və daxili işlər nazirinə “qanunların peşəkarcasına və dinc şəkildə icrasına” görə təşəkkür də edib: “Bilirsiniz ki, bir gecənin içində paytaxtı iflic etdilər. Bir müddət sonra polis qanunların icrası ilə bağlı düzgün qərar qəbul etdi. Agent müxalifət tərəfindən həyata keçirilən bu ekstremizmi ötən günlər ərzində Gürcüstana gələn, agentliyi təxribata çəkən, onları Maydana çağıran və öz ölkələrinə dinc yolla qayıdan xarici siyasətçilər həvəsləndirib”.

Tezadlar.az bildirir ki, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin polis qüvvələri, noyabrın 17-dən bağlı olan Tbilisi Dövlət Universitetinin birinci korpusunun ətrafını aksiya iştirakçılarından və qurulan çadırlardan təmizləyib. Lakin müxalifətçilər aksiyanı bərpa edəcəklərini bildirməklə yanaşı, Rusiya əleyhinə şüarlarından da qalmırlar.

A.Məmmədli

Seçilən
29
tezadlar.az

1Mənbələr