AZ

Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığortaya salına bilər 

Səhiyyə sahəsində aparılan islahatlarla yanaşı bir sıra problemlərin olmasını heç kim inkar etmir. Bu sahədə təkmilləşmə işləri aparılır. Onkoloji xəstəliklərlə bağlı məsələ cəmiyyəti narahat edən məsələdir. Növbəti il üçün bu sahəyə 60 milyon manata yaxın vəsait ayrılıb.

Referans.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu məsələyə institusional yanaşmaya ehtiyac var:

"Biz aidiyyəti dövlət qurumları ilə birgə baxmalıyıq ki, hansı yollarla bu istiqamətə vəsait ayıra biləcəyik. Sizi əmin etmək istərdim ki, yaxın vaxtlarda müəyyən təkliflər hazırlanıb hökumətə təqdim olunacaq".

Seçilən
18
6
referans.az

10Mənbələr