AZ

BDU-nun 410 tələbəsi payız semestri üzrə təhsil krediti alıb

Bakı Dövlət Universitetinin (BDU) 410 tələbəsi 2024-2025-ci tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 98-i sosial, 312-si isə standart təhsil kreditidir.
 
Universitetdən Moderator.az-a bildirilib ki, 2023-2024-cü tədris ilində isə ümumilikdə 705 nəfər BDU tələbəsinə təhsil krediti verilib. Onlardan 184-ü sosial, 521-i standart təhsil krediti olub.
 
Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.
 
Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Bu kredit uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.
 
Seçilən
15
2
moderator.az

4Mənbələr