Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü ilə COP29 Sədrliyinin ambissiyası bu əməkdaşlıq imkanını qalıcı mirasa çevirməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələrdə deyib.
Nazir qeyd edib ki, mövcud imkanları gücləndirmək və aqro-ərzaq sektorunda çalışan bütün insanları maarifləndirmək əsas məqsədlərdəndir: “Harmoniya Təşəbbüsü Texniki Əməkdaşlıq Təşkilatı vasitəsilə həyata keçirilən BƏƏ Bəyannaməsində göstərilən məqsədlərə tam uyğundur. Bu təşəbbüs əməkdaşlığı və mövcud tərəqqini gücləndirmək məqsədi daşıyır”.
DOĞRU.AZ