AZ

“Ümid edirəm COP29 Azərbaycana müsbət dəyişikliklər gətirəcək”- Liberiyalı qonaq - FOTO

"COP29-un yüksək səviyyədə təşkilatçılığı üçün Azərbaycana təşəkkür edirəm. Azərbaycan “odlar ölkəsi”dir və ümid edirəm ki, bu qlobal toplantı ölkəyə çoxlu müsbət dəyişikliklər gətirəcək. Bu tədbir, od, torpaq və ən əsası, uzun müddət diqqətdən kənarda qalan su arasında tarazlığı tapmağa kömək edəcək".

Bu sözləri Bizim.Media-ya açıqlamasında Liberiyadan olan konfrans iştirakçısı Çao Yinq Qin deyib.

Libası ilə diqqəti su çatışmazlığına çəkən liberiyalı qonaq su problemini önə çəkmək üçün konfransda iştirak etdiyini qeyd edib:

"Bu gün su günüdür və mən su mövzusunu irəli çəkmək və Xəzər dənizini problemlərdən xilas etmək üçün bütün qüvvələri və istedadları bir araya gətirmək üçün burdayam".

O, azərbaycanlı dostlarının olduğunu bildirib:

"Mənim Leyla adlı azərbaycanlı dostum var. Bu gün məni o qonaq edir. Mən ölkənin inkişafı, qadın hüquqları sahəsində nailiyyətləri, möhtəşəm təbiəti, dağları və əlbəttə ki, Xəzər dənizi haqqında çox şey bilirəm. Amma Xəzər dənizinin vəziyyəti çox da yaxşı deyil, bu da mənim əsas narahatlığım və eyni zamanda ümidimdir. Bu gün burada məqsədim qlobal səviyyədə Xəzər dənizində baş verənlərə diqqət çəkməkdir. Sevindirici haldır ki, dənizi qorumaq üçün bir çox yerli səylər göstərilir və bu haqda eşitmək məni xoşbəxt edir".




Günay Şahmar, Bizim.Media

Seçilən
14
50
bizim.media

10Mənbələr