AZ

"Baku Harmoniya" FAST tərəfdaşlığı üçün vacib əlavədir - Məcnun Məmmədov

Bakı. Trend:

"Baku Harmoniya" təşəbbüsü FAST tərəfdaşlığı üçün vacib birəlavədir.

Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29çərçivəsində keçirilən "Dayanıqlı transformasiya üçün ərzaq və kəndtəsərrüfatı" (FAST) tərəfdaşlığının Nazirlər Görüşündəbildirib.

Nazir vurğulayıb ki, FAST iqlim dəyişikliklərinə qarşı ən həssasolan kiçik fermerlər və kənd icmalarını dəstəkləmək üçün maliyyəresurslarının səfərbər edilməsinə yönəlmiş mühüm platformadır.

"FAST vasitəsilə aqrar-ərzaq sistemlərində iqlim həllərininyalnız nəticəyönümlü deyil, həm də inklüziv olması üçün vahidyanaşma yaradırıq. Bu gün isə COP29 çərçivəsində fermerlər üçünBakının "Baku Harmoniya" iqlim təşəbbüsünü fəxrlə təqdim etdik ki,bu da iqlim çağırışlarının həllinə və kənd təsərrüfatı icmalarınındayanıqlılığının artırılmasına olan sadiqliyimizi nümayiş etdirir",- deyə M.Məmmədov bildirib.

Nazir qeyd edib ki, "Baku Harmoniya" təşəbbüsünün məqsədi mövcudtəşəbbüslərin əlaqələndirilməsini təmin edən yeni əməkdaşlıqyolunun yaradılmasıdır.

"Biz "Baku Harmoniya" təşəbbüsünü FAST tərəfdaşlığı üçün vacibəlavə olaraq görürük. Bu platforma iqlim maliyyələşdirilməsini kəndicmalarının dayanıqlılığını artırmaq üçün daha əlçatan və effektivedir”, - deyə M.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, hər bir COP çərçivəsində tərəflər əvvəlkiöhdəliklərini inkişaf etdirir və keçmiş təşəbbüslərin təcrübələriniöyrənir.

"Baku Harmoniya" iqlim maliyyələşdirilməsi sahəsindətəşəbbüslərin maksimal effekt əldə etməsi və təkrarlanmanınqarşısının alınması üçün yalnız birgə fəaliyyət deyil, həm dəkoordinasiya olunmuş iş üçün xüsusi platformaya çevriləcək", - deyənazir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
44
az.trend.az

1Mənbələr