AZ

Şagirdləri məktəbə aparmaq üçün robort dəstəyi

İngiltərənin Mersisayd bölgəsində məktəbə getməkdə çətinlik çəkən uşaqlara emosional dəstək üçün robotlardan istifadə edilib. 

“Cebheinfo.az” xəbər verir ki, tələbələr pilot sxemə daxil edilib. Belə ki, məktəbə girməkdə çətinlik çəkənlər üçün “Twelve AV1” adlı masaüstü robotlar hazırlanıb. Mikrofon, emoji ifadələri və işıqlardan istifadə edərək ünsiyyət quran robot tələbələrə hisslərini bölüşməyə kömək edir. Yeddi məktəbdə istifadə edilən robotlar indiyədək dərslərdə iştirak nisbətini 21 faiz artırıb. 

Həmçinin, şagirdlərin dərslərdə iştirak etdiyi saatlar da 42 faiz artıb. Bu robotlara emosional əsaslı məktəbdən yayınma (ESBA) ilə tələbələrə kömək etmək üçün sərmayə qoyulub. Qurğular ehtiyacı olan şagirdlə birlikdə sinif otağına gətirilir. Məqsəd məktəbə getməyə əlavə ehtiyacı olan xüsusi uşaqlara, onların öyrənmə proseslərinə və uğurlarına dəstək olmaqdır. 

Qeyd edək ki, “ESBA” emosional faktorlar nəticəsində məktəbə getməkdə əhəmiyyətli çətinlik çəkən uşaqları təsvir etmək üçün istifadə edilən bir termindir. 

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr