AZ

İsrail Ordusunun Hədəfi: Qəzza Zolağında Kemal Advan Xəstəxanası Vuruldu

İsrail Ordusu Qəzza Zolağında Kemal Advan Xəstəxanasını Yenidən Hədəf Alıb

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Beyt Lahiyadakı Kemal Advan Xəstəxanasını növbəti dəfə bombaladığı bildirilir. Xəstəxananın direktoru Husam Abu Safiyyə hücumdan dərhal sonra mətbuata verdiyi açıqlamada İsrailin hədəfə aldığı bu xəstəxanada xəstələrin, yaralıların və tibb işçilərinin çox çətin şəraitdə fəaliyyət göstərdiklərini bildirib.

Abu Safiyyə xəstəxanada tibbi ləvazimatların çatışmazlığı və İsrailin xəstəxana işçilərindən 45 nəfərini saxlaması səbəbindən hər gün bir çox xəstənin həyatını itirdiklərini qeyd edib. O həmçinin Qəzzada səhiyyə sisteminin ağır şəraitdə fəaliyyət göstərdiyini, tibbi ləvazimat çatışmazlığı ilə yanaşı İsrailin cərrah qrupunun xəstəxanaya girməsinə icazə vermədiyini vurğulayıb.

Xəstəxana rəhbəri yaşanan bu vəziyyətin səhiyyə xidmətlərinin effektivliyini daha da çətinləşdirdiyini və humanitar fəlakətə yol açdığını bildirib.

Zeyd Bağırzadə

Seçilən
20
busaat.az

1Mənbələr