Ali Rada Ukraynanın 2025-ci il büdcəsini 1,55 trilyon qrivna (39,5 milyard dollar) və ya ÜDM-in 19,4%-i kəsirlə qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib.
O bildirib ki, 257 deputat 2025-ci il üçün büdcəsinin lehinə səs verib.
Beləliklə, Sentyabrda hökumətin təsdiq etdiyi layihə ilə müqayisədə dövlət büdcəsi ciddi dəyişiklik olmadan qəbul edilib.
Gəlirlər 2,33 trilyon qrivna (təxminən 56 milyard dollar), xərclər 3,94 trilyon qrivna (95,5 milyard dollar), müdafiə xərcləri - 2,22 trilyon qrivna (53,8 milyard dollar) səviyyəsində gözlənilir.
Türkan İSGƏNDƏRLİ