AZ

Ronaldo Qvardiola ilə görüşdü: Prezident olsam, baş məşqçi sən olacaqsan

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubu ilə müqaviləsini hələ də uzatmayıb və ispan mütəxəssisin gələcəyi müzakirə mövzusu olaraq qalır.

Publika.az xəbər verir ki, Tomas Tuxelin baş məşqçi təyin edilməsindən əvvəl Qvardiolanın adı İngiltərə yığması ilə yanaşı hallanırdı. Bundan sonra Pepin gələcəyi qeyri-müəyyən görünür.

"Sport" nəşrinin məlumatına görə, Qvardiolanın futbolçu olarkən “Barselona”da birgə çıxış etdiyi Ronaldo Nazario Braziliya millisinin onu növbəti iş yeri olmasını istəyir. Ronaldo bu yaxınlarda Qvardiola ilə danışıb və ona deyib ki, Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olarsa, onu millinin baş məşqçisi postuna dəvət edəcək.

Bu fürsət 2026-cı ildə yarana bilər. Əfsanəvi futbolçu hesab edir ki, Qvardiola dünyanın ən yaxşı məşqçisidir və "pentakampionlar"ın reputasiyasını bərpa edəcək.

Seçilən
21
publika.az

1Mənbələr