AZ

Mərkəzi Asiya ölkələri su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı əməkdaşlıq etməlidir - BMT-nin komissiyası

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri su ehtiyatlarından birgə istifadəməsələlərində əməkdaşlıq etməlidir.

Trend xəbər verir ki, bunuBMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibininmüavini Dmitri Maryasin "Su, enerji, qida və ekosistemlər sahəsindəregional əməkdaşlıq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə üzrəfəaliyyətin sürətləndirilməsi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, regional əməkdaşlıq enerji istehsalı üçünlazım olan resurslardan daha səmərəli istifadə edilməsində mühümrol oynayır.

“Bu, şəbəkənin etibarlılığını və saxlama adekvatlığını təminetmək üçün əsas olan hidroenergetikanın inkişafını tələb edir, eynizamanda, kənd təsərrüfatının, suyun və enerjinin rəqabəttələblərini idarə edərkən, enerji keçidi üçün lazım olan nadirmetalların və kritik mineralların istehsalını artırmaq üçün sulazımdır", - o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
32
1
az.trend.az

2Mənbələr