AZ

Ərdoğan: "Rusiyanın özünümüdafiə imkanı olmalıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın nüvə doktrinasını yeniləməsinə münasibət olaraq Kremlin özünümüdafiə imkanının olmalı olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə lideri G20 sammiti ilə əlaqədar səfərdə olduğu Rio-de-Janeyroda keçirdiyi mətbuat konfransında deyib.

“Əlbəttə ki, Rusiyanın bu bəyanatının (nüvə doktrinasının yenilənməsi ilə əlaqəli – red.) adi silahların istifadəsi ilə bağlı ona qarşı göstərilən mövqeyə cavab olaraq atılan bir addım olduğunu düşünürəm. Fikrimcə, bu məsələ NATO-dakı rəsmi şəxslər tərəfindən nəzərdən keçirilməlidir. Rusiyanın özünümüdafiə etmək və öz müdafiəsi üçün tədbirlər görmək imkanı olmalıdır. Eynilə biz NATO ölkələri də özümüzü müdafiə etməli və bunun üçün addımlar atmalıyıq”, – Ərdoğan söyləyib.

Türkiyə lideri həm Rusiyanın, həm də Ukraynanın Türkiyənin qonşuları olduğunu xatırladıb.

“Hazırkı mərhələdə biz onlarla ikitərəfli münasibətlərimizi qorumalıyıq. Ümid edirəm ki, biz tezliklə Ukrayna ilə Rusiya arasında atəşkəsin tam dayandırılmasına nail olacaq və planetin gözlədiyi sülhü təmin edəcəyik”, – Ərdoğan əlavə edib.


Müəllif: Teleqraf.com
Seçilən
29
8
teleqraf.com

9Mənbələr