AZ

BU ölkə Livandakı sülhməramlı missiyasından hərbçilərini geri çağırdı

Argentina BMT-nin Livandakı sülhməramlı missiyasından dörd hərbçisini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Jan-Pyer Lakrua jurnalistlər üçün brifinqdə bildirib.

"Belə bir qərar qəbul etmək hər bir üzv dövlətin səlahiyyətindədir", - o, deyib.

Qeyd edək ki, Argentina donor ölkələr arasında sülhməramlı missiyadan hərbçilərini geri çağıran ilk ölkə olub. Bu qərar İsrailin Livandakı əməliyyatı fonunda qəbul edilib.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
22
6
teleqraf.com

7phrase_var_article.sources