AZ

AQEM təhlükəsiz və səmərəli qarşılıqlı əlaqəni təşviq etmə missiyasına sadiq qalır

Bakı. Trend:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə(AQEM) təhlükəsiz və səmərəli qarşılıqlı əlaqəni təşviq etməkmissiyasına sadiqdir.

Trend xəbər verir ki, bubarədə AQEM-in baş katibinin müavini Çjan Lin COP29 çərçivəsindəkeçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), onun üzvdövlətləri və Asiyanın regional təşkilatlarının təhlükəsiz,səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinintəmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədəbildirib.

" AQEM-in təşəbbüsləri etimad tədbirlərinin beş əsasistiqamətini əhatə edir: iqtisadi, ekoloji, humanitar ölçülər, yeniçağırışlar və təhdidlər, eləcə də hərbi-siyasi ölçü. AQEM-ə üzvdövlətlər iqlim dəyişikliklərinə davamlı və səmərəli nəqliyyatdəhlizlərinin inkişafına xüsusi diqqət ayıraraq, iqtisadi vəekoloji ölçülərə əhəmiyyətli töhfələr verməyə çalışır", - obildirib.

Onun sözlərinə görə, AQEM təhlükəsiz və səmərəli qarşılıqlıəlaqəni təşviq etmə missiyasına sadiqdir ki, bu da Asiyadadayanıqlı inkişafın təmin olunması üçün əsasdır.

"Üzv dövlətlərlə, regional təşkilatlarla və digər maraqlıtərəflərlə birlikdə çalışaraq, biz çağırışları fürsətlərə çevirəbilərik və regionumuz üçün daha işıqlı və qarşılıqlı əlaqəli birgələcək təmin edə bilərik", - deyə Çjan Lin əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr