AZ

Tramp Yaxın Şərqlə bağlı necə siyasət yürüdəcək? - RƏY

"Donald Trampın ABŞ Prezidenti seçilməsi bir çox münaqişələrlə bağlı pozitiv proqnozların verilməsinə səbəb olur".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, xüsusilə də İsrailin Yaxın Şərqlə bağlı mövqeyində yeniliklər ola bilər:

"Donald Tramp seçki kampaniyası zamanı ABŞ-nin daxili problemlərinə yönələcəyi və dünyanın müxtəlif yerlərindəki münaqişələrin sülh yolu ilə həllinə çalışacağı barədə vədlər vermişdi. Buna görə də Trampın hakimiyyətə gəlməsi fonunda Yaxın Şərqdə münaqişələrində də yeniliklər olacağı proqnozlaşdırılır".

362774

Politoloq diqqətə çatdırıb ki, əslində, bu, birbaşa Trampla bağlı deyil, ABŞ-nin siyasi kursu ilə bağlı məsələdir:

"Çünki ABŞ-nin dövlət doktrinasını prezidentlər müəyyən etmirlər. Lakin ABŞ prezidentləri yanaşma tərzləri və metodları ilə onu fərqli şəkildə icra edə bilirlər. Amma bütün bunlar ABŞ-dəki maliyyə mərkəzlərinin formalaşdırdığı xarici siyasətin məhsuludur. Ona görə də Tramp və ya Bayden kimi şəxslərin prosesə müdaxilə imkanları düşünülən qədər çox deyil". 

Lakin ekspert qeyd edib ki, Tramp birinci prezidentlik dövründə etdiklərini yenə də davam etdirə bilər:

"Böyük ehtimalla, Tramp daha çox daxili siyasətə önəm verəcək və miqrantlarla bağlı Baydendən fərqli siyasi kurs aparacaq. Xarici siyasətində isə daha çox Yaxın Şərq məsələsi diqqət çəkir. Çünki orada sülhün əldə olunması çox çətindir. Vaşinqton İsrailin maraqları kontekstində Yaxın Şərqdə nələrsə edə bilər. Lakin bu, ABŞ-nin o bölgədə qalacağı mənasında da gəlmir".

Pərviz

Seçilən
20
hit.az

1Mənbələr