AZ

Danimarka COP29-da iqlim maliyyələşdirilməsi hədəflərinin artırılmasına çağırır

Bakı. Trend:

Danimarka 2030-cu ilə qədər istixana qazı emissiyalarını 70 faizazaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bubarədə Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziriLars Aqaard Meller COP29 Sammitində çıxışı zamanı bildirib.

L.Meller həm əldə edilən irəliləyişi, həm də bu iddialı hədəfənail olmaq üçün hələ həll edilməli olan problemləri vurğulayıb.

"Biz bu hədəfi qarşıya qoyduqda, o, demək olar ki, əldə olunmazgörünürdü. Biz yenilənə bilən enerji mənbələri, külək, günəşenerjisi, biometan, elektron mobilliyin sürətli inkişafı, enerjisəmərəliliyi və CCS kimi sektorlardan başladıq. Bu alətlər, əsasənenerji sektorunda, bizə xeyli irəliləməyə kömək edə bilər", — deyəo bildirib.

Onun sözlərinə görə, enerji sektorundakı uğurlara baxmayaraq,Danimarka hələ də kənd təsərrüfatı emissiyalarını azaltmaqdaçətinliklərlə üzləşir.

L.Meller bu yay baş tutmuş yenilikçi əməkdaşlıqdan danışaraqbunu əhəmiyyətli bir addım kimi xarakterizə edib. Müxtəlifmaraqları olan bir koalisiya — fermerlər, həmkarlar ittifaqları,işəgötürənlər, ekoloji QHT-lər və hökumət arasında tarixirazılaşmaya nail olunub.

"Biz fermerlər, həmkarlar ittifaqları, işəgötürənlər və təbiətmühafizəçiləri ilə bir araya gələrək, Danimarka landşaftının ənböyük yenidən qurulmasına dair razılığa gəldik", — deyə L.Mellerqeyd edib.

Kənd təsərrüfatı emissiyalarını daha da azaltmaq üçün Danimarkaiqlim vergisi tətbiq edərək bunu edən ilk ölkə oldu.

"Emissiyaların 70 faiz azaldılması hədəfinə çatmaq üçün son miləyaxınlaşmaq üçün biz yeni bir səviyyəyə çıxmalı olduq", — deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr