Biləsuvar sakini dəm qazından boğularaq ölüb
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Məlumata görə, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.