AZ

"Cavan oğlan haqqımızda nə deyibsə, yaxşı edib, amma..." - Vahid Əziz

Xəbər verdiyimiz kimi, yazar Tural Turan sosial media hesabında bəzi yazıçı və şairlərin ədəbiyyatdan silinəcəyini bildirib.

Redaktor.az-ın əməkdaşı məsələylə bağlı Xalq şairi Vahid Əzizlə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bu fikirləri normal qarşıladığını bildirib:

“Vaxtilə biz də özümüzdən yaşlı şairləri inkar etmişik. Amma belə qəti qərar verməmişik, çünki bu məsələni həll edən biz yox, xalq və tarix olub. Bu isə özünü tanıtmaq, müzakirə yaratmaq üçün atılan bir addımdır. Ona görə hamının adından danışmağı məsləhət görməzdim. İndi bu cavan oğlan bizi yaxşı edib inkar edir. Allah qələminə qüvvət versin. Bizim taleyimizi o gənc yazar yox, xalq həll edir. Mən belə şeylərə normal baxıram. Kiminsə deməyi ilə Vahid Əziz, Ramiz Rövşən, Nəriman Həsənzadə tarixdən silinəsi deyil ki. Böyük şairimiz Sabir Rüstəmxanlı da o gəncin cavabını verib”.

Qeyd edək ki, T.Turan yazısında Xalq şairləri Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Xalq yazılarından Elçinin, Anarın, yazıçılardan Hidayət Orucovun, Elçin Hüseynbəylinin, şairlərdən Məmməd İsmayılın, Məmməd İlqarın, Paşa Qəlbinurun, Əjdər Olun, Vaqif Bəhmənlinin, Qəşəm Nəcəfzadənin və Rəşad Məcidin adını çəkib.

Vasif ƏLİHÜSEYN

 

Seçilən
13
1
redaktor.az

2Mənbələr