AZ

Kilsədə klip çəkilməsinə icazə verən keşişə CƏZA

Amerikalı ulduz Sabrina Karpenterin Nyu-Yorkda klip çəkdirdiyi kilsənin keşişi işdən çıxarılıb və yanlış idarəçilikdə günahlandırılıb. 

"Cebheinfo.az" xəbər verir ki, Bruklin Roma Katolik Yeparxiyası tərəfindən edilən açıqlamada Monsenyor Ceymi Qiqantiellonun kilsədəki bütün vəzifələrinə son qoyulduğu açıqlanıb. Kilsə rəsmiləri Carpenterin kilsədə lentə alınan hit mahnısı “Feather” üçün klipin 2023-cü ilin oktyabrında yayımlanmasından sonra araşdırmaya başlayıb. 

Yeparxiya araşdırmanın musiqi videosu ilə yanaşı, şübhəli maliyyə köçürmələri də daxil olmaqla, digər yanlış idarəetmə nümunələrini aşkar etdiyini bildirib. Yeparxiya tərəfindən edilən açıqlamada, istintaq çərçivəsində aparılan daha əhatəli araşdırmada keşiş Qiqantiellonun kilsənin kredit kartından öz şəxsi xərcləri üçün istifadə etməsi də daxil olmaqla, digər inzibati qanun pozuntularına da rast gəlinib. 

Məlum olub ki, Giqantiello 2019-2021-ci illər arasında kilsə fondlarından Nyu-York meri Erik Adamsın keçmiş əməkdaşının bank hesablarına təxminən 2 milyon dollar köçürüb. 

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr