AZ

Ermənistanda yeni daxili işlər naziri təyin edildi

Arpin Sarkisyan Ermənistanın yeni daxili işlər naziri təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti sərəncam imzalayıb.

“Baş nazirin təqdimatı əsasında Konstitusiyanın 131-ci maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Arpin Sarkisyan daxili işlər naziri təyin edilsin”, – sərəncamda deyilir.

Xatırladaq ki, dünən Vaaqn Xaçaturyan Vahe Qazaryanın daxili işlər naziri, Qnel Sanosyanın isə ərazi idarəetmə və infrastruktur naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Vahe Qazaryanı yeni təyinatla Arpin Sarkisyan, Qnel Sanosyanı isə Paşinyanın xaç oğlu, Armavir vilayətinin qubernatoru olan Davit Xudatyan əvəz edəcək.

Seçilən
15
2
yenicag.az

3Mənbələr