AZ

Paşinyan bu qadını daxili işlər naziri təyin etdi

Image

Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutan Arpin Sarkisyan rəhbərlik edəcək. Bu barədə baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə məlumat verib. "Hörmətli həmvətənlər, daxili işlər nazirinin müavini postunu tutan Arpin Sarkisyan daxili işlər naziri təyin olunacaq", o yazıb.

Qeyd edək ki, Arpin Sarkisyan 2022-ci ilin yanvarında daxili işlər nazirinin müavini təyin edilib. Sərkisyan buna qədər Ədliyyə Nazirliyinin cinayət qanunvericiliyi, penitensiar və probasiya siyasətinin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Mətləb Salahov







Seçilən
24
10
baki-xeber.com

10Mənbələr