AZ

“Emissiya tullantılarını azaltmaq məqsədilə bir sıra tədbirlər görürük” – Türkiyəli nazir

Türkiyədə 58 hava limanının 50-si karbon sertifikatı alıb. Bu da dünyada ən yüksək həddir.

Bizim.Media xəbər verir ki, bu sözləri COP29 çərçivəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mətbuata açıqlamasında deyib.

Nazir emissiya tullantılarını azaltmaq məqsədilə bir sıra tədbirlərin görüldüyünü bildirib:

"Gəmilərin fosil yanacaqlarından başqa alternativ yanacaqlara keçməsi üçün işlər görürük. Türkiyədə yeni gəmilər istehsal edirik".

Türkiyəli nazir həmçinin qeyd edib ki, şəhərlərdə sıfır emissiya hədəflərinə çatmaq üçün planlar qurulur:

"Biz elektrikli avtomobillərdən tutmuş, metro xətləri, elektrikli avtomobil şarj stansiyalarına qədər hər cür planlama işləri aparırıq. Velosiped yollarının qurulması, velosiped və skuterlərin istifadəsini təşviq edirik.

Günay Şahmar, Bizim.Media

Seçilən
32
50
bizim.media

10Mənbələr