AZ

Rusiya nüvə təhdidini işə salıb - ÖZƏL

"ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə ATACMS raketləri ilə zərbə endirməsinə icazə verməsi Moskvada iki qərarın qəbul edilməsi ilə nəticələndi. Birinci, Rusiya prezidenti "nüvə doktrinasında" dəyişikliklər edərək, nüvə silahı istisna olmaqla ballistik raketlərlə ölkə ərazisinə hücuma nüvə zərbəsi endirilməsinə icazə verdi. İkinci, Rusiya danışıqlara hazır olduğunu və ordusunu Xarkov və Nikolayev vilayətlərindən çıxarmğa hazır olduğunu vurğuladı".

"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

"Həmçinin Moskva cəbhə xəttinin dondurulmasına razılaşır. Ukraynanın NATO-ya üzv olmayacağı tədqirdə Krım danışıqlar predmetinə salınmayacaq. Həmçinin, Ukrayna ordusunun say tərkibinin məhdudlaşdırılmasını təklif kimi irəli sürür. 
Qeyd edim ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer V. Putinə Ukrayna ərazilərindən qoşunun çıxarılmasını tələb edib. Rəsmi Londonun bu tələbi adi bəyanat deyil. Görünür, Böyük Britaniya Ukrayna müharibəsində həlledici mərhələyə başlayacaq. Ukraynaya yeni ballistik raket silahlarının verilməsi və hərbiçilərin göndərilməsi nəzərdə tutulur. ABŞ-dan fərqli olaraq Böyük Britaniya Ukrayna müharibəsində daha prinsipial görünür və açıq şəkildə Rusiyaya qarşı Ukraynada hərbi fəaliyyətə keçəcəyi mümkündür. Rusiya ordusunun 2022-ci ildə Kiyev yaxınlığından geri çəkilməsində, elit qüvvələrinin Kiyevdə dağıdılmasında Böyük Britaniyanın rolu olub. 
Ümumiyyətlə, V. Putinin nüvə silahına əl atmasi gözlənilmir. Çünki bu adekvat cavab zərbəsi ilə nəticələnə bilər. Rusiya prezidenti əlində növbəti çəkindirici prosesə başlaması, Qərbin nüvə təhdidindən çəkindirməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
46
olaylar.az

10Mənbələr