AZ

Acun Ilıcalı barədə istintaq başladılıb

Türkiyəli iş adamı və “Acun Medya”nın sahibi Acun Ilıcalı ilə bağlı istintaq başlanıb.

Busaat.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə İstanbul Baş Prokurorluğu Acun Ilıcalı və onun sahib olduğu TV8 televiziya kanalı ilə “Exxen” rəqəmsal platformasının rəsmilərinə qarşı qanunsuz mərc reklamları və təşviqat fəaliyyəti iddiaları ilə istintaq açıb.

Acun Ilıcalı mövzu ilə bağlı açıqlama verərək, bu məsələyə aydınlıq gətirərək qeyd edib.
“İstəsələr də başa düşmək istəməyənlər üçün bir daha deyirəm. Xaricdə keçirilən matçların reklam lövhələrinin satışı o ölkənin futbol federasiyasının səlahiyyətindədir. Məsələn, Türkiyədə keçirilən milli matçların reklamları Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro-Türkiyə matçının reklam lövhələrinin satışı isə Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu məsələ ilə heç bir əlaqəsi yoxdur.”

Zeyd Bağırzadə

Seçilən
18
1
busaat.az

8Mənbələr