AZ

Onkoloji xəstələrə dəstək məbləğin artması yaxşı haldır

“Onkoloji xəstələrin sayı artmaqda davam edir. Son illər süd vəzi, prostat, ağciyər, yoğun bağırsaq xərçənginə tutulan şəxslərin sayı sürətlə artır”.

Bu fikri Hit.az-a tibbi ekspert Adil Qeybulla deyib.

O vurğulayıb ki, onkoloji xəstələrə xidmətlə bağlı, müalicənin keyfiyyətinin, xidmətlərin təkmilləşdirilməsi ilə bağlı ayrılan vəsaitin həcmi artırılacaq. Bu gələn ilin büdcəsində qeyd edilib: “2025-cü ilin dövlət büdcəsindən onkoloji xidmət üçün cəmi 60 milyon manat pul ayrılıb. Bu məbləğə onkoloji xəstələrin müayinəsi, diaqnostikası, müalicəsi, onkoloji klinikaların maddi-texniki bazasının inkişafı və s. xərclər daxildir. Onkoloji xəstələrə dəstək məbləğin artması yaxşı haldır, ancaq bu məbləğ elə də yetərli səviyyədə deyil. Çünki bu xəstəlik elə bir dərddir ki, pulu çox aparır”. 

Sevinc


 

Seçilən
20
hit.az

1Mənbələr