AZ

Heydər Əliyev Beynəlxalq Hava Limanı "ACI Sertifikatı" aldı

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Hava Limanına karbon qazıemissiyalarının azaldılmasında əldə etdiyi irəliləyişə görə “CarbonAccreditation” (ACA) proqramı çərçivəsində ikinci səviyyə “Azaltma”(Reduction) sertifikatı təqdim edilib.

Trend xəbər verir ki, bubarədə “ACI EUROPE”un baş direktoru Oliver Yankovets COP29çərçivəsində keçirilən "Hava limanlarının iqlim sahəsindəfəaliyyətinin nümayişi" mövzusunda keçirilən panel müzakirəsizamanı bildirib.

"Heydər Əliyev Beynəlxalq Hava Limanı Beynəlxalq Hava LimanlarıŞurası (ACI) tərəfindən təsis edilmiş “Airport CarbonAccreditation” (ACA) proqramı çərçivəsində ikinci səviyyə (Level 2:Reduction) sertifikatını əldə edib. Bu sertifikat hava limanınınson üç illə müqayisədə karbon qazı emissiyalarını uğurlaazaltdığını və davamlı inkişafa, həmçinin, iqlimə təsirin minimumaendirilməsinə sadiqliyini təsdiq edir", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr