AZ

Yəməndə vəba epidemiyasından ölənlərin sayı artmaqda davam edir

Yəməndə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 52 nəfərə çatıb.

Səhiyyə və Əhali Nazirliyinin rəsmisi Teysir əs-Samii bildirib ki, 2024-cü ilin əvvəlindən bu yana 52 ölüm faktı qeydə alınıb. O, Taiz vilayətində vəba epidemiyasının hələ də yayılmaqda olduğunu vurğulayıb.

İlin əvvəlindən etibarən Taiz şəhərində 8461 vəbaya yoluxma faktı qeydə alınıb. Rəsmilər, epidemiyaya nəzarət üçün beynəlxalq təşkilatların təcili müdaxiləsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, müharibənin davam etməsi və səhiyyə sisteminin zəif fəaliyyəti, ölkədə epidemik xəstəliklərin yayılmasına səbəb olur.

 



Seçilən
16
trt.net.tr

1Mənbələr