AZ

Fatumata Djire: COP-da neokolonializm mövzusunu qaldırmaq hər dövlətin bacardığı iş deyildi

Azərbaycanın COP29-da neokolonializm mövzusunu da diqqətdən kənarda qoymaması təqdirə layiqdir.

"Report"un məlumatına görə, bunu İnkişaf və Ağacların Qorunması və Bərpası naminə təşkilatın (ASRAD) prezidenti Fatumata Djire BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Azərbaycana səfər edən bir sıra müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika xalq və dövlətlərinin nümayəndələri ilə Bakı Təşəbbüs Qrupunun (BTQ) görüşündə deyib.

Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyinə həsr olunsa da, tədbirdə neokolonializm mövzusunu qaldırmaq hər dövlətin bacardığı iş deyildi:

"Azərbaycanı COP29 təşkilatçılığına görə təbrik edirəm. BTQ bizə çox dəstək oldu. Azərbaycanın Qoşulmama hərəkatına sədrliyini də alqışlayıram. Bir dövlət ki, başqa dövlətin suverenliyi üçün bu cür can atması təqdirə layiqdir".

Seçilən
24
report.az

1Mənbələr