AZ

"Üç ildir botoks və dodaq dolğusu edirəm" - Tanınmış aparıcı etiraflar etdi

“Üç ildir botoks və cüzi miqdarda dodaq dolğusu edirəm. Botoks alın və gözətrafı əzələlərə vurulur, yanaqda yoxdur. Yanaqda heç nə yoxdur, anamdan, nənəmdən gəlmə genetikadır, mən əksinə arıqlamaq istəyirəm ki, sifət də arıq görünsün. Üzümdə heç bir estetik dəyişiklik yoxdur, iynə prosedurları, 5 nöqtə, bio, mezzo - bunlar dərinin gənc və gözəl qalması üçün baxımdır, estetik deyil”.

Teleqraf.com xəbər verir ki, bunu aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə izləyicisinin “Üzünüzdə hansı prosedurlar, əməliyyatlar var?” sualına cavabda deyib.

Əlizadənin digər izləyicisinin “Çox gözəlsiniz. Hər baxımdan… Həyatınızda biri olmalı" fikrinə reaksiyası isə belə olub:

“Çox təşəkkür edirəm. Sualın ikinci tərəfinin cavabı isə yoxdur. İnanın səmimiyyətimə… Rahat etiraf edə biləcək yaşdayam, amma heç bir insanın belə bir məcburiyyəti yoxdur ki, həyatında mütləq kimsə olmalıdır. Bu sualı verənlərin əksəriyyəti xanımlardır. Gözəllik hər şeyi həll etmir, qızlar. Bu həyata qalıcı şeylərə tutunun. Sevgi dəyər, güvən və paylaşmaq qarşılığında var olur. Əgər bunun biri yoxdursa, heç nədən söhbət gedə bilməz”.

İllər əvvəl aparıcı Azər Zahidlə ailə quran Vüsalə Əlizadə 2013-cü ildə boşanıb. Cütlüyün bu evlilikdən Dilək adlı bir qız övladı var.


Müəllif: Pərvin Cəfərova
Seçilən
21
teleqraf.com

1Mənbələr