AZ

ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün "Storm Shadow"dan istifadəyə icazə verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Co Baydenin Administrasiyası Britaniyanın uzaqmənzilli "Storm Shadow" raketlərinin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsi üçün istifadəsinə icazə verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" qəzeti Dauninq-stritdəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer və onun hökumətinin üzvləri Rusiyaya "döyüş meydanında strateji üstünlük" verməmək üçün "əməliyyat səbəbləri" ilə bağlı "Storm Shadow" ilə bağlı rəsmi açıqlama verməyəcəklər.
Qeyd olunur ki, London bir neçə aydır, "Storm Shadow" vasitəsilə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün Vaşinqtondan icazə almağa çalışırdı. Nəşrin yazdığına görə, söhbət Britaniya raketlərindən getsə də, onların uğurlu istifadəsi ABŞ-nin istiqamətləndirmə sistemləri olmadan mümkün deyil.
Eyni zamanda, Starmerin müttəfiqləri bildiriblər ki, Rusiya ərazisinin dərinliklərinə "Storm Shadow" raket zərbələrinə icazə verilməsi Ukraynadakı münaqişənin gedişatını dəyişməyəcək. Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles də öz növbəsində bildirib ki, bu raketlərdən Rusiyaya qarşı istifadə "güclü siqnal" olacaq. Eyni zamanda, onun sözlərinə görə, Almaniyanın "Taurus" qanadlı raketlərinin Kiyevə təhvil verməsi daha əhəmiyyətli addım olardı.
Qeyd edək ki, noyabrın 17-də "The New York Times"ın öz mənbələrinə istinadən yazdığına görə, ABŞ Prezidenti Co Bayden Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə ATACMS raketləri ilə zərbələr endirilməsinə icazə verib. Müvafiq qərar xəbərin KİV-ə sızmasından üç gün əvvəl Vaşinqtonda verilib.
Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, əvvəlki gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayəti ərazisinə ATACMS raketləri ilə zərbələr endirib, onlardan beşi "Pansir" və "S-400" sistemləri ilə vurulub, digəri isə zədələnib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirakdan sonra keçirilən mətbuat konfransında baş verənləri şərh edərkən bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Bryansk bölgəsinə ATACMS raketləri ilə endirdiyi zərbələr Qərbin eskalasiya istədiyinə dair işarədir.
Seçilən
9
50
oxu.az

10Mənbələr