AZ

Co Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə etirazını geri götürüb

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadəsinə etirazını geri götürüb.

Editor.az bildirir ki, bu barədə “The Times” qəzeti Britaniya rəsmilərinə istinadən yazır. Onların sözlərinə görə, bununla bağlı Böyük Britaniyanın baş naziri Key Starmer bu məsələ ilə bağlı ictimai ritorikasını dəyişib. “Storm Shadow”in məhvetmə diapazonu modifikasiyadan asılı olaraq 250 km-dən 560 km-ə qədərdir. Bu raketləri idarə etmək üçün Amerika peyklərindən alınan məlumatlar və xüsusi kartoqrafik məlumat bazası tələb olunur və buna görə də onların istifadəsi proseduru ABŞ ilə razılaşdırılmalıdır.

Noyabrın 17-də mətbuatda ABŞ prezidentinin Ukraynaya Rusiyaya hücumlar üçün Amerika ATACMS-dən (mənzil – 300 km-ə qədər) istifadə etməyə icazə verdiyi barədə məlumatlar yayılıb. “The Times” yazır ki, Keir Starmer bu qərar barədə dərc edilməzdən üç gün əvvəl məlumatlandırılıb. Ağ Evdən təsdiqin olmamasını nəzərə alaraq, Böyük Britaniyanın baş naziri Londonun bu mövzu ilə bağlı niyyətlərini şərh etməmək qərarına gəlib.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr