AZ

Fələstin Səhiyyə Nazirliyi bəyanat yaydı

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 43 985 nəfərə yüksəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 411 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında törətdiyi son hücumlarnəticəsində daha 13 fələstinlinin həyatını itirdiyi, 84 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 43 985, yaralıların sayının isə 104 092 nəfərə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında hələ də minlərlə insanın olduğu, İsrail qüvvələrinin maneələri səbəbindən tibbi personalın və mülki müdafiə dəstələrinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb

Seçilən
16
2
sia.az

3Mənbələr