AZ

"COP29 neokolonializmdən əziyyət çəkən xalqlar üçün platforma rolu oynaya bilər"- Nigeriyalı redaktor

Image

“Ölkəmizin təbii sərvətlərlə zəngin olması bizə böyük problemlər yaradır. Məsələn, müxtəlif ölkələrin şirkətləri bizim təbii sərvətlərimizi talayır. COP29 bu mənfi tendensiyaların aradan qaldırılması məsələsini gündəmə gətirməklə mühüm rol oynadı. Azərbaycana təşəkkür edirəm ki, bizim problemlərimiz bu konfransda səsləndirildi.

Bu sözləri müstəmləkəçilikdən əziyyət çəkən Nigeriyanın İqlim Savadlılığı və Ədalət üçün "DA News Media Advocacy" agentliyinin baş redaktoru Abdullahi Dare Akoqun söyləyib.

O bildirib ki, COP29 neokolonializmdən əziyyət çəkən xalqlar və icmalar üçün platforma rolu oynaya bilər: “Azərbaycan konfrans vasitəsilə bizim kimi icmaların səsini dünyaya çatdırmaq üçün böyük dəstək olur. Xüsusilə onu vurğulamaq istəyirəm ki, Bakıda təşkil olunan COP29 çərçivəsində iqlim dəyişmələrinin yaratdığı problemlər, maliyyə problemlərinin həlli məsələsi bizim diqqətimizi çəkdi”.






Seçilən
34
1
baki-xeber.com

2Mənbələr