AZ

Kimlərin gəlirinə vergi güzəştləri tətbiq olunacaq?

Bakı. Trend:

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsində Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəedildi və qəbul olunaraq plenar iclasa tövsiyə edildi.Dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrəillik dövriyyəsi həcmi 45 min manatadək olan mikrosahibkarlarıngəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq.

Trend xəbər verir ki, bunuMilli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial mediahesabında yazıb.

"Layihəyə əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn,tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəstauditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirməfəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiqolunacaq.

Yəni, VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyətgöstərənlər gəlirlərindən 2025-ci ildən etibarən 20 faiz deyil, 5faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlətsığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək.

Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir vəxidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 minmanatdır. Bu halda, o gəlirindən gələn ildən etibarən 600 manatdeyil, cəmi 150 manat vergi ödəyəcək. Qeyd edək ki, güzəştlərxidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.

Yeni qaydalar mikrosahibkarların dəstəklənməsi baxımından vacibdəyişiklik hesab olunur. Bu qeyd edilən xidmət sahələri üzrədövriyyənin artmasını stimullaşdıra bilər", - o qeyd edib.

Seçilən
14
17
az.trend.az

10Mənbələr