AZ

"Grand Motors Company" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA

Grand Motors Company

Direktor köməkçisi

 Son tarix 20 dek 2024 - [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Oxşar sahədə azı 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (Excel və Word);
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, yüksək səviyyədə rus və ingilis dili biliyi;
  • Operativ və məsuliyyətli.

 Vəzifə öhdəlikləri:

  • Əməkdaşlarla baş direktor arasında əlaqələndirici olaraq çıxış edilməsi;                       
  • Baş direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması;                        
  • Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması;                      
  • Təsdiqlənmiş sənədlərin skan edilməsi və kataloqlaşdırılması;                        
  • Ehtiyac olduqda təchizatçıların araşdırılması və nəticənin baş direktora təqdim olunması;                       
  • Tərcümə və çap işlərinin icrası;                      
  • Baş direktorun görüşlərinin təşkili, izlənilməsi və ehtiyac olduqda onlayn görüşlərin yaradılması;                    
  • Əməkdaşların daxili və xarici səfərlərinin planlaması, aviabiletlərin alınması və otelin bron edilməsi;                       
  • Baş direktorun adından şirkətin korporativ portalında tapşırıqların yaradılması və həmin tapşırıqların icrasına nəzarət edilməsi;                      
  • Direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi;                      
  • İş şəraiti və ümumi vəziyyətlə bağlı direktorun məlumatlandırılması;                       
  • Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;                        
  • Ofisə daxil olan sənədlərin təhvil alınması və ya müvafiq qurumlara çatdırılmalı sənədlərin göndərilməsi;                        
  • Şirkətin korporativ portalında direktorun göstərişi ilə məlumatların paylaşılması.

İş şərtlərimiz:

  • İş qrafiki : 5 gün;
  • Əmək haqqı: 800 AZN+;
  • İş saatları: 08:30-17:30;
  • Binəqədi ray, Mədən küçəsi 4 (Baş Dövlət Tol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor köməkçisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Seçilən
14
fed.az

1Mənbələr