Grand Motors Company
Direktor köməkçisi
Son tarix 20 dek 2024 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil;
- Oxşar sahədə azı 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Excel və Word);
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, yüksək səviyyədə rus və ingilis dili biliyi;
- Operativ və məsuliyyətli.
Vəzifə öhdəlikləri:
- Əməkdaşlarla baş direktor arasında əlaqələndirici olaraq çıxış edilməsi;
- Baş direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması;
- Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması;
- Təsdiqlənmiş sənədlərin skan edilməsi və kataloqlaşdırılması;
- Ehtiyac olduqda təchizatçıların araşdırılması və nəticənin baş direktora təqdim olunması;
- Tərcümə və çap işlərinin icrası;
- Baş direktorun görüşlərinin təşkili, izlənilməsi və ehtiyac olduqda onlayn görüşlərin yaradılması;
- Əməkdaşların daxili və xarici səfərlərinin planlaması, aviabiletlərin alınması və otelin bron edilməsi;
- Baş direktorun adından şirkətin korporativ portalında tapşırıqların yaradılması və həmin tapşırıqların icrasına nəzarət edilməsi;
- Direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi;
- İş şəraiti və ümumi vəziyyətlə bağlı direktorun məlumatlandırılması;
- Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;
- Ofisə daxil olan sənədlərin təhvil alınması və ya müvafiq qurumlara çatdırılmalı sənədlərin göndərilməsi;
- Şirkətin korporativ portalında direktorun göstərişi ilə məlumatların paylaşılması.
İş şərtlərimiz:
- İş qrafiki : 5 gün;
- Əmək haqqı: 800 AZN+;
- İş saatları: 08:30-17:30;
- Binəqədi ray, Mədən küçəsi 4 (Baş Dövlət Tol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor köməkçisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.