AZ

Peşə təhsilinə ayrılan vəsait 5,1 milyon manat artırılır

2025-ci il peşə təhsilinə üzrə 82,2 milyon manat vəsait xərclənəcək ki, bu da cari ilin xərcləri ilə müqayisədə 5,1 milyon manat çoxdur. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, peşə təhsili üzrə infrastrukturun yenilənməsi, eləcə də kefiyyətin artırılması işləri davam etdirilir.

Peşə təhsili üzrə 85% dövlət sifarişli, 15%-i isə ödənişli əsaslarla icra olunur.

Növbəti ildə peşə təhsilində adambaşına maliyyə sisteminə keçid planlaşdırılır və bunun üçün dövlət büdcəsindən əlavə 7,2 milyon manat vəsait ayrılacaq. 
 
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov açıqlamasında söyləyib ki, 2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək.

Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub. 

 
Gülnar Nazimqızı 

 


www.anews.az
Seçilən
36
anews.az

1Mənbələr