AZ

Rusiya ATACMS-ın zərbələrini dəf etsə... -ABŞ-ın qorxusu

Rusiya ATACMS raketlərindən endirilən zərbələri dəf edə bilsə, Çin ABŞ hərbi texnologiyasının zəifliyini dərk edəcək.

Redaktor.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “National İnterest” jurnalının müxbiri Brandon Veyçert deyib.

“Əgər Rusiya ATACMS-ın hücumunun qarşısını almağı bacarsa, digər dünya dövlətləri, xüsusən də Çin ABŞ hərbi texnologiyasının zəif olduğunu və onun öhdəsindən gəlməyin mümkünlüyünü başa düşəcək. ATACMS raketləri əvvəlcə ABŞ-ın Soyuq müharibənin qızışdığı vaxtlarda SSRİ ilə döyüşməsi üçün nəzərdə tutulub. Raketlərin məsafəsi təqribən 300 kilometr təşkil edir. Bu da Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrinin yerləşdiyi hədəfləri vurmaq üçün kifayət deyil”, – amerikalı jurnalist qeyd edib.

Seçilən
20
3
redaktor.az

4Mənbələr