İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənub sahilindəki Tir şəhəri yaxınlığındakı bir neçə kəndə zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Livan 24" xəbər portalına istinadən xəbər verir ki, hava hücumları nəticəsində 9 nəfər ölüb, 65 nəfər yaralanıb.
Ən çox ziyan bir neçə evin dağıldığı Maarak şəhərinə dəyib. Dağıntılar təmizləndikdən sonra orada ölənlərin sayı 7 nəfər olub, daha 33 nəfər yaralanıb.
Portal xəbər verir ki, onların arasında qadınlar və uşaqlar da var.