AZ

Malinin müvəqqəti Prezidenti baş naziri və hökuməti istefaya göndərib

Malinin müvəqqəti Prezidenti Assimi Qoita keçid dövrünün baş naziri Çoqel Kokalla Maiqa və onun hökumət üzvlərini istefaya göndərib.

"Far.Az"un məlumatına görə, bu barədə "Malijet" portalı xəbər yayıb.

Maiqa 7 iyun 2021-ci ildən hökumətin başçısı vəzifəsində çalışırdı. O, ötən həftənin sonunda ölkənin hərbi rəhbərlərini keçid dövrünün başa çatma vaxtı ilə bağlı qərar verməyə çağırıb.

Malidə 2020-ci ilin yayından bu günədək iki hərbi çevriliş olub. Birinci çevriiş zamanı - 2020-ci ilin avqustunda Prezident İbrahim Bubakar Keyta hakimiyyətdən uzaqlaşdırılıb. Polkovnik Qoitanın başçılığı altında bir qrup hərbi zabit Ba Ndaonu müvəqqəti Prezident təyin edib. Lakin o, 2021-ci ilin mayında eyni hərbi qrup tərəfindən uzaqlaşdırılıb. Mali Konstitusiya Məhkəməsinin qərarı ilə Qoita keçid dövrü üçün dövlət başçısı təyin edilib.

Əvvəlcə ölkənin 2024-cü ilin fevralında keçid dövrünü başa vuracağı və azad, şəffaf prezident seçkilərinin keçiriləcəyi güman edilirdi. Sonra keçid dövrünün bitmə tarixi martın 26-na keçirilib.

Bu müddət bitdikdən sonra keçid dövrünün bitmə tarixi və seçkilər təxirə salınıb. Maiqanın aprelin 12-də dediyi kimi, Malidə prezident və ümumi seçkilər yalnız ölkədə təhlükəsizlik vəziyyəti sabitləşdikdən sonra keçiriləcək. Mayın 10-da Malidə başa çatan milli dialoqda hakimiyyət orqanlarına ölkədəki keçid dövrünün iki ildən beş ilədək uzadılması tövsiyə olunub.

Seçilən
10
4
far.az

5Mənbələr