AZ

Madaqaskarlı qonaq Fövqəladə Hallar Nazirliyində

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Madaqaskar Daxili İşlər Nazirliyinin Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun baş direktoru diviziya generalı Olivier Andriakaja Elak ilə görüşüb.

Qonağı səmimi salamlayan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla keçirilən qlobal tədbir – COP29-da Madaqaskar DİN-in Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun təmsilçilərinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib. K.Heydərov FHN-nin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin qurulması və inkişafı üçün mövcud potensialı vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Olivier Andriakaja Elak COP29-da iştirakdan məmnunluq ifadə edib, mötəbər tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu deyib.

Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

XQ

Seçilən
27
1
xalqqazeti.az

10Mənbələr