AZ

Türkiyədən Rusiyaya polad ixracı 150 milyon dollara yaxınlaşıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Rusiyaya polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 10,3 faiz azalaraq, 155 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin oktyabr ayında Türkiyə Rusiyaya 17,6 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 1,7 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9 faiz artaraq, 13,5 milyon dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 4,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib

Seçilən
32
43
turkic.world

10Mənbələr