AZ

Qərb Nikol Paşinyanı Anna Akopyanla əvəzləmək istəyir...-SENSASYON İDDİA

Bir neçə həftə əvvəl bizə məlumat daxil olub ki, ABŞ-ın sifarişi ilə Ermənistanda ictimai əhval-ruhiyyəni öyrənmək, Ermənistan vətəndaşlarının Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı baş nazir kimi görməyə hazır olub-olmadığını anlamaq üçün sorğu keçirilib,
 
Moderator.az xəbər verir ki,  bu haqda  "Politik. am" nəşri yazır.
 
Nəşr qeyd edir ki, sorğuların nəticəsinin necə olduğu bilinmir, lakin Qərb üçün Paşinyanı əvəz edə biləcək namizədlər siyahısında Anna Akopyanın da olduğu açıq-aydın görünür.
 
“ABŞ-ın Anna Akopyanla bağlı planları Ermənistanın baş nazirinin həyat yoldaşının anti-Rusiya siyasəti çərçivəsində Ukraynaya səfəri, Zelenski ailəsi ilə görüşü,  və ruslar tərəfindən öldürülmüş günahsız ukraynalıların xatirəsini ehtiramla yad etdiyi və onların məzarına gül dəstələri qoyması anından ciddi çalarlar əldə edib.  Anna Akopyanın bu addımı atması amerikalıları onun Paşinyandan da irəli getməyə hazır olduğuna inandırıb.
 
Əslində, Anna Akopyanın hiperaktivliyini izah edən ABŞ-ın hazırladığı ssenaridir. O, uğurlu iş adamları, blogerlər, qadınlar, tələbələr və həlak olanların yaxınları ilə görüşür. Hər gün Anna Akopyanın fəaliyyəti ilə bağlı reklam çarxları yayılır. Əslində Anna Akopyan seçkilərin elan edilməməsinə baxmayaraq, aktiv kampaniya aparır.
 
Anna Akopyan da işinə geo-siyasi ləzzət qatır. Məhz bu səbəbdən bu yaxınlarda Vatikanda yenidən Ukrayna prezidentinin xanımı ilə görüşüb. O, Qərbə açıq siqnal verir ki, etimadı qazanacağı təqdirdə hər şeyə hazırdır.
 
Ekspertlər son səs-küylü istefaların məhz Anna Akopyana hakimiyyətin verilməsi çərçivəsində baş verdiyini istisna etmirlər. Ən mühüm vəzifələrə Anna Akopyanla yaxın əlaqələri olan şəxslər təyin olunacaq. Anna Akopyanın dostu Arpin Sarkisyan daxili işlər naziri təyin edilib, Anna Akopyanın xaç oğlu David Xudatyan isə ərazi idarəsi naziri olacaq. Bu mövqelərin hər ikisi seçkilər zamanı əsasdır.
 
Bir sözlə, Qərb bu məsələyə ciddi yanaşır və indi, deyəsən, bu ssenarinin həyata keçirilməsi üçün hər şey dəqiq şəkildə edilir”, – nəşr yazır.
Seçilən
11
1
moderator.az

2Mənbələr