AZ

ABŞ səfirinə İrəvandan cavab: “Bakı ilə belə bir təmas olmayıb”

Sərhədyanı su ehtiyatlarının idarə edilməsində Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlıq yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Azərbaycandakı səfirinin bəyanatını şərh edərkən bildirib.

“Bu mövzuda təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub”, - deyə Ermənistan XİN-in məlumatında qeyd olunur.

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi bundan əvvəl Azərbaycan və Ermənistanın hidroloq və mühəndislərinin bölgədə sərhəd çaylarının su ehtiyatlarının vahid idarəetmə sxeminin yaradılması istiqamətində birgə işi barədə məlumat verib. BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında (COP29) çıxışında səfir ABŞ-ın bu işi dəstəklədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
18
teleqraf.com

1Mənbələr