AZ

Baydendən gedər ayaq Kiyevə böyük jest- 4,65 milyard dollarlıq borc silinəcək

Co Bayden administrasiyası getməzdən əvvəl Konqresə Ukraynanın borclarını silmək planları barədə məlumat verib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” nəşrin əlində olan sənədə istinadən yazıb.

Məlumata görə, söhbət 4,65 milyard dollarlıq borcdan gedir. Beləliklə, Vaşinqton Donald Tramp dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl Kiyevə dəstəyi gücləndirmək istəyir.

“Bayden administrasiyası Konqresə Ukraynanın 4,65 milyard dollarlıq borcunu ləğv etməyi planlaşdırdığını bildirib ki, bu, seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasından əvvəl Kiyevə dəstəyi gücləndirmək üçün həyata keçirilən silsilə tədbirlərdən sonuncusudur”, – agentlik qeyd edir.

“Bloomberg” bildirir ki, söhbət Ukraynanın 9 milyard dollarlıq borcunun bir hissəsindən gedir ki, Kiyev bu pulu apreldə ABŞ Konqresinin təsdiq etdiyi əlavə maliyyə paketi çərçivəsində alıb. Bayden administrasiyası hesab edir ki, Ukraynanın borcunun bir hissəsinin silinməsi ABŞ-ın və onun Aİ, G7+ və NATO-dakı tərəfdaşlarının milli maraqlarına cavab verir.

Azpost.info

 

Seçilən
14
azpost.info

1Mənbələr