AZ

Putin daha bir qalmaqallı səfərə hazırlaşır? – Peskov eyham vurdu

Rusiya prezidenti Vladimir Putin işğal altında olan Ukrayna torpaqlarına səfər edə bilər.

Ulusal.az xəbər verir ki, bunu onun mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, mən belə səfərlərin daha çox olacağını istisna etmirəm. Prezidentimiz həmişə insanların yanındadır, onun qayğısına və köməyinə ehtiyacı olanların yanındadır”, – o, Putinin Donbasa səfəri ehtimalını şərh edib.

Ötən ilin martında Rusiya prezidenti Rusiya ordusunun işğal etdiyi Mariupola genişmiqyaslı səfər edib. Belə ki, o, avtomobili ilə şəhərin bir neçə rayonuna, eləcə də ilkin olaraq səfər proqramına daxil edilməyən bir sıra yerlərdə, o cümlədən filarmoniyada olub, vətəndaşlarla ünsiyyət üçün görüş keçirib.

Həmin ilin aprelində Putin Xerson istiqamətində Dnepr qoşun qrupunun qərargahına gedib, həmçinin “Vostok” Milli Qvardiyasının qərargahına baş çəkib.

Qeyd edək ki, Putin qalmaqallı əfəri Qərbdə qınanmışdı.

Seçilən
15
1
moderator.az

2Mənbələr