AZ

Öz rahatlığını qanundan üstün tutan sürücü qaydaları pozdu- VİDEO

Bakıda dayanma-durma qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 20-də, paytaxtın Abdulla Şaiq küçəsində baş verib. Belə ki, 90-EO-393 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək yolun kənarındakı köşkə yaxınlaşıb. Görüntüdən də aydın şəkildə görünür ki, 5 metr qarşıda boş yerin olmasına baxmayaraq, sürücü öz rahatlığını düşünərək qaydaları pozub.

Əksər insanlar piyada yol getmək istəmirlər. Mağazanın, aptekin, restoranın və ya digər iaşə obyektlərinin qarşısında avtomobillərini istədikləri formada park edərək qaydaları pozurlar. İrad bildirilən zaman isə özlərinə haqq qazandırırlar.

 

 

Fərid

Seçilən
27
avtosfer.az

1Mənbələr